FIDE şahmatçılarımızın reytinqini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

FIDE şahmatçılarımızın reytinqini açıqladı

İdman

01 Oktyabr 2023 13:57 540


Beynəlxalq Şahmat Federasiyası (FİDE) oktyabr üçün reytinq cədvəlini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, Azərbaycan şahmatçılarından Teymur Rəcəbovun mövqeyi dəyişməyib.

36 yaşlı qrossmeyster 2745 əmsalla 14-cü pillədə qərarlaşıb. Milli komandanın üzvlərindən Şəhriyar Məmmədyarov (2734) 1 pillə geriləyərək, 17-ci sırada dayanır. Bakıdakı Dünya Kubokunda 4-cü yeri tutan Nicat Abasov (2679) bir pillə irəliləyərək, 58-ci yerə yüksəlib. pizza mizza

Siyahıya son Dünya Kubokunun qalibi olan norveçli Maqnus Karlsen (2839) başçılıq edir. İkinci pillədə ABŞ təmsilçi Fabiano Karuana (2786) qərarlaşıb. Çinli Dinq Liren (2780) isə ilk “üçlüy”ü qapayır.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2441) 30-cu, Ülviyyə Fətəliyeva (2393) 56-cı, Gövhər Beydullayeva (2383) 66-cı, Gülnar Məmmədova (2346) isə 100-cü sırada qərarlaşıblar.

Xanım şahmatçıların reytinqində birinci yer Xou İfana (Çin, 2628) məxsusdur. Çinin digər təmsilçisi Yu Venyun (2560) ikinci yerdədir. FİDE adından çıxış edən, Bakıdakı Dünya Kubokunun qalibi Aleksandra Qoryaçkina üçüncü sırada yer alır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!