FİFA araşdırma başlatdı - Braziliyanın xalları silinə bilər

saytların hazırlanması

Evə çatdırılma

FİFA araşdırma başlatdı - Braziliyanın xalları silinə bilər

İdman

23 Noyabr 2023 18:05 926


FİFA DÇ-2026-nın seçmə mərhələsində Braziliya - Argentina oyunundan (0:1) əvvəl "Marakana" stadionunda olan hadisələrlə bağlı rəsmi araşdırma başladıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. 

Matçda əvvəlcə iki komandanın azarkeşləri dava ediblər. Daha sonra isə Braziliya polisi qonaq komandanın azarkeşlərinə hücum edib. Hətta argentinalı futbolçular münaqişəyə müdaxilə etsə də, sonda Messi komandanı meydandan çıxararaq paltardəyişmə otağına aparıb. Emiliano Martinez isə özbaşına polisləri dayandırmağa çalışıb. Hadisə səbəbindən oyunun başlaması yarım saat gecikib.  Dominos pizza

FİFA yaşananlara görə Braziliya millisini boş tribunalar qarşısında oynamaqla, hətta xalların silinməsi ilə cəzalandıra bilər. 

Hazırda turnir cədvəlində Argentina 15 xalla liderdir. Braziliya millisi isə 7 xalla 6-cı yerdədir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!