FIFA Argentina millisi ilə bağlı araşdırmaya başladı 

saytların hazırlanması

Evə çatdırılma

FIFA Argentina millisi ilə bağlı araşdırmaya başladı 

İdman

17 İyul 2024 13:48 935


FIFA Argentina millisinin futbolçularının irqçi şüarlar səsləndirdiyi videonun ortaya çıxmasından sonra araşdırmaya başlayıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında bəyanat yayılıb. 

“FIFA sosial şəbəkələrdə yayılan videonu görüb və araşdırma aparır. FIFA oyunçular, azarkeşlər və rəsmilər də daxil olmaqla, hər kəs tərəfindən ayrı-seçkiliyin istənilən formasını qətiyyətlə pisləyir”, - bəyanatda deyilir.  Sezar pizza

Qeyd edək ki, Argentina yığmasının futbolçularının Amerika Kubokunu qazandıqdan sonra avtobusda mahnı oxuduğu anı komandanın yarımmüdafiəçisi Entso Fernandes canlı yayımlayıb. Mahnının mətnində bəzi fransalı oyunçuların Afrika mənşəyi qabardırlır. 

Fransa Futbol Federasiyasının da bununla bağlı FIFA-ya şikayət edəcəyi bildirilirdi. 

Entso Fernandes davranışına görə üzr istəyib. Onun formasını geyindiyi İngiltərənin "Çelsi" klubu da araşdırmaya başlayıb. London təmsilçisinin heyətində 7 fransalı futbolçu çıxış edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!