FİFA-dan millimizin üzvünə ağır cəza

saytların hazırlanması

Evə çatdırılma

FİFA-dan millimizin üzvünə ağır cəza

İdman

04 May 2022 11:21 259


FİFA Azərbaycan millisinin futbolçusu Tellur Mütəllimovu cəzalandırıb.

Yenisabah.az xəbər verir ki, buna səbəb 27 yaşlı yarımmüdafiəçinin DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqla ev oyununda qonaqların futbolçusu Olivye Tillə qarşı kobudluq etməsidir.

Tellur görüşün 21-ci dəqiqəsində rəqibə ayaqla zərbə endirib. Mütəllimov bu hərəkətinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Nəticədə FİFA kobud oyuna görə Telluru 4 oyunluq cəzalandırıb. Həmçinin Azərbaycan millisi 5 000 İsveçrə frankı məbləğində cərimələnib. Toyuqlu pizza

Qeyd edək ki, noyabrın 11-i Bakı Olimpiya Stadionunda oynanılmış qarşılaşma Lüksemburq yığmasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!