FİFA DÇ-2022-nin seçmə mərhələsini təxirə saldı

saytların hazırlanması

Evə çatdırılma

FİFA DÇ-2022-nin seçmə mərhələsini təxirə saldı

İdman

10 İyul 2020 22:57 1161


DÇ-2022-nin Cənubi Amerika üzrə seçmə mərhələsinin startı koronavirus pandemiyasının yaratdığı təqvim sıxlığı səbəbindən təxirə salınıb.

Yenisabah.az xəbər verir ki, FİFA sentyabrda başlaması planlaşdırılan ilk oyunları oktyabra təyin edib.

Ali futbol qurumu Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) və üzv assosiasiyalarla məsləhətləşmələrdən sonra bu qərara gəlib. Toyuqlu pizza

Həmçinin bildirilir ki, CONMEBOL matçların 2022-ci ilin martına qədər başa çatması üçün FİFA-dan 2022-ci ilin yanvarında beynəlxalq oyunların pəncərəsini təqvimə əlavə etməsini istəyib.

Qeyd edək ki, DÇ-2022-nin final mərhələsi 21 noyabr - 18 dekabr 2022-ci il tarixində Qətərdə keçiriləcək.  /Apasport


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!