FİFA Dünya Çempionatının 2 ildən bir keçirilməsi təklifi də daxil olmaqla, beynəlxalq yarışların təqvimini müzakirə etmək üçün aparıcı federasiyaları və təşkilatları toplantıya dəvət edib.
Yenisabah.az xəbər verir ki, video-konfrans şəklində baş tutacaq görüş sentyabrın 30-na təyin olunub.
Həmin gün iclasda yalnız federasiya rəsmiləri deyil, eyni zamanda FİFPronun, klubların, liqaların, konfederasiyaların və UEFA-nın nümayəndələri də toplantıya qatılacaq. pizza
Sentyabrın son günündə baş tutacaq tədbirdə AFFA və PFL-in iştirakı gözlənilmir. Çünki FİFA aparıcı futbol ölkələrinin nümayəndələrinə dəvət göndərib.
Telegram kanalımız