FİFA millilərin yeni reytinq siyahısını açıqladı

saytların hazırlanması

Evə çatdırılma

FİFA millilərin yeni reytinq siyahısını açıqladı

İdman

16 Sentyabr 2021 13:11 657


FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Yenisabah.az AFFA-ya istinadən xəbər verir ki, Azərbaycan millisi ötən reytinqlə müqayisədə 5 pillə geriləyib. 

Yığmamız 1158 xalla 117-ci sırada qərarlaşıb. Dördpendirli pizza

Yığmanın DÇ-2022-nin seçmə mərhələsinin A qrupundakı rəqiblərindən Portuqaliya 1674 xalla 7-ci (+1), Serbiya 1515 xalla 28-ci (+1), İrlandiya 1418 xalla 50-ci (-3), Lüksemburq isə 1244 xalla 94-cü (+2) yerdədir.

Siyahıya Belçika (1832) başçılıq edir. 

Braziliya (1811) 2-ci, İngiltərə (1755) 3-cü pillədə qərarlaşıb.

Azərbaycan millisi bu ay DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqa 1:2, Portuqaliyaya 0:3 hesabı ilə uduzub, İrlandiya ilə heç-heçə edib - 1:1.

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!