FİFA millimizin üzvü Namik Ələskərovun sabiq klubu "Bursaspor"a transfer qadağası qoyub.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin 2-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Açıqlamada bildirilib ki, "Bursaspor" oyunçu transferi zamanı onların müqaviləsindəki qaydalara əməl etmədiyi, məvacibləri vaxtında ödəmədiyi üçün cəzalanıb. Bu hal təkrarlandığı üçün kluba 2 dönəmi transfer qadağası verilib. pizza mizza
"Bursaspor" 2021-ci ilin yayında "Neftçi"dən heyətinə qatdığı Namik Ələskərovun, eləcə də Tim Matavz və Reagy Ofosu Baahın müqaviləsinin şərtlərini pozub. Millimizin yarımmüdafiəçisi bu ilin yayında Bursa təmsilçisindən ayrılıb və "Sabah"a keçib.
Telegram kanalımız