FIFA-nın baş katibi Bakıda seminar keçdi

saytların hazırlanması

Evə çatdırılma

FIFA-nın baş katibi Bakıda seminar keçdi

İdman

09 Dekabr 2023 17:16 990


Azərbaycanda səfərdə olan FIFA-nın baş katibi Fatma Samoura seminar keçib.

Yenisabah.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, o, PFL-in, klubların qadın əməkdaşları və qadın futblçulardan ibarət Azərbaycan millisinin üzvləri ilə görüşüb. pizza sifarişi

Tədbirdən əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev Fatma Samoura ilə görüşərək, Azərbaycanda futbolun inkişafı, FIFA ilə AFFA arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıb, seminar iştirakçılarına uğurlar arzulayıb.

İnteraktiv şəkildə təşkil olunan liderlik mövzusunda olan seminarda F.Samoura ona ünvanlanan sualları cavablandırıb. O, qadın futbolçulardan ibarət Azərbaycan yığmasına gələcək oyunlarda uğurlar arzulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!