FIFA ötən mövsümün ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.
"Yeni Sabah" xarici mətbuata istinadən bildirir ki, "The Best" mükafatına on futbolçu namizəddir:
Kriştiano Ronaldo ("Yuventus" / Portuqaliya),
Frenki de Yonq ("Ayaks" / Hollandiya),
Matteis de Liqt ("Ayaks" / Hollandiya),
Eden Hazard ("Çelsi" / Belçika),
Harri Keyn ("Tottenhem" / İngiltərə),
Sadio Mane ("Liverpul" / Seneqal),
Kilian Mbappe (PSJ / Fransa),
Lionel Messi ("Barselona" / Argentina),
Məhəmməd Salah ("Liverpul" / Misir),
Vircil van Dayk ("Liverpul" / Hollandiya).
İlin futbolçusunu FİFA_nın rəsmi saytındakı sorğuda iştirak edən azərkeşlər müəyyənləşdirəcək. Qalibin adı sentyabrın 23-ü açıqlanacaq.
Xatırladaq ki, ötən mövsüm bu mükafatı Xorvatiya millisinin və "Real"ın yarımmüdafiəçisi Luka Modriç qazanıb.
Telegram kanalımız