FIFA ötən ilin ən yaxşılarını açıqladı

saytların hazırlanması

Evə çatdırılma

FIFA ötən ilin ən yaxşılarını açıqladı

İdman

16 Yanvar 2024 07:20 801


FIFA-nın ilin ən yaxşılarına təqdim etdiyi “The Best” mükafatının sahibi müəyyənləşib.

“Yeni Sabah” xəbər verir ki, 2023-cü ilin fərqlənən futbol adamlarının mükafatlandırıldığı mərasim İngiltərənin paytaxtı Londonda keçirilib.

Ötən ilin ən yaxşı futbolçusu ABŞ-ın “İnter Mayami” komandasında çıxış edən argentinalı ulduz Lionel Messi seçilib. pizza hut

Nominasiyalar üzrə qalib olanlar aşağıdakılardır:

Ən yaxşı kişi futbolçu

Lionel Messi (“İnter Mayami”, Argentina)

Ən yaxşı qadın futbolçu

Aytana Bonmati (“Barselona”, İspaniya)

Ən yaxşı kişi baş məşqçi

Xosep Qvardiola (“Mançester Siti”, İspaniya)

Ən yaxşı qadın baş məşqçi

Sarina Viqman (İngiltərə millisi, İngiltərə)

Ən yaxşı kişi qapıçı

Ederson (“Mançester Siti”, Braziliya)

Ən yaxşı qadın qapıçı

Meri Erps (“Mançester Yunayted”, İngiltərə)

“Puşkaş mükafatı”na namizədlər

Gilyerme Madruqa – “Botafoqo”nun heyətində “Novorizontino”ya vurduğu qol

“Ən yaxşı azarkeş” mükafatı

Huqo Daniel

"İlin rəmzi komandası”

Qapıçı: Tibo Kurtua

Müdafiəçilər: Kayl Uoker, Con Stounz, Ruben Diaş

Yarımmüdafiəçilər: Bernardo Silva, Kevin De Bruyne, Jud Bellinqem

Hücumçular: Lionel Messi, Erlinq Haaland, Kilian Mbappe, Vinisius.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!