FİFA prezidenti döyülən hakimin müdafiəsinə qalxdı: “Bunu pisləyirəm”

saytların hazırlanması

Evə çatdırılma

FİFA prezidenti döyülən hakimin müdafiəsinə qalxdı: “Bunu pisləyirəm”

İdman

12 Dekabr 2023 16:20 1002


FİFA prezidenti Canni İnfantino Türkiyə Superliqasının "Ankaragücü" - "Çaykur Rizəspor" matçından sonra baş hakim Halil Umut Melərə edilən hücumu pisləyib.

Yenisabah.az xəbər verir ki, matçdan sonra ev sahibi komandanın prezidenti Faruk Kocanın hakim Halil Umut Melərə qarşı yumruqlu hücumuna dünya səviyyəsində reaksiyalar davam edir.

Prezident İnfantino açıqlamasında hücumun qəbuledilməz olduğunu ifadə edib: Toyuqlu pizza

"Futbolda, meydanda və ya kənarda şiddətə yer yoxdur. "Ankaragücü" - "Çaykur Rizəspor" matçından sonra baş verənlər qəbuledilməzdir. Bu cür hərəkətlərin idmanda və cəmiyyətdə yeri yoxdur”

"Hakimlər olmadan futbol olmaz" deyən İnfantino, hakimlərin, oyunçuların, azarkeşlərin və texniki heyətin təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb:

"Onlar bu oyundan həzz almalıdırlar. Mən aidiyyatı qurumları bunun həyata keçirilməsini və bu insanlara bütün səviyyələrdə hörmət edilməsini təmin etməyə çağırıram".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!