FİFA prezidenti “Qarabağ”ı təbrik etdi 

saytların hazırlanması

Evə çatdırılma

FİFA prezidenti “Qarabağ”ı təbrik etdi 

İdman

27 Aprel 2024 10:47 799


FİFA prezidenti Canni İnfantino "Qarabağ"ı təbrik edib. 

Yenisabah.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. 

İnfantino Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövşən Nəcəfə ünvanladığı məktubla “Qarabağ” Futbol Klubunu Azərbaycan Premyer Liqasının 2023/2024-cü illər mövsümünün qalibi olması münasibətilə təbrik edib. Məktubda bildirilib:  Dördpendirli pizza

Hörmətli prezident, bu məktub vasitəsilə Azərbaycanın yeni çempionu “Qarabağ” FK-nı təbrik etməkdən məmnunam! 

Onların mövsümboyu davamlı səyləri və nəticələri öz bəhrəsini verib, bu mühüm titul qazanılıb. Bu böyük nailiyyətə görə komandanı və klubun hər bir üzvünü təbrik edirəm. 

Hörmətli prezident, ölkənizdə futbolun inkişafı üçün göstərdiyiniz davamlı dəstəyə, əməyə və fədakarlığa görə sizə və assosiasiyanıza təşəkkür etməklə yanaşı, sizi tezliklə yenidən görməyi səbirsizliklə gözləyirəm". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!