FİFA prezidentinin illik maaşı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

FİFA prezidentinin illik maaşı açıqlandı

İdman

16 Mart 2024 23:02 1374


FİFA prezidenti Canni İnfantinonun maaşı məlum olub.

Yenisabah.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Sky Sports"un jurnalisti Rob Harris sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, isveçrəli funksioner 2023-cü ildə yenidən rəhbər seçildikdən sonra məvacibi artırılıb. Onun əvvəlki dönəmdə 1,7 milyon funt sterlinq (1,99 milyon avro) olan maaşı (2022) 33% artırılaraq, 2,3 milyon funt-sterlinqə (2,69 milyon avro) çatıb. Pepperoni pizza

İnfantino həmçinin qadınlar arasında Dünya Kubokuna görə 1,65 milyon funt sterlinq (1,93 milyon avro) bonus alıb. Baş direktorun ötən il futboldakı ümumi gəliri 4,21 milyon avro olub.

Qeyd edək ki, FİFA prezidentinin maaşını üç nəfərdən ibarət komitə müəyyənləşdirir.

Müddətinin sonuna qədər (2027) isveçrəliyə 2,69 milyon avro baza maaşı təmin ediləcək. Bonuslar FİFA-nın himayəsi altında davam edən turnirlərdən asılı olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!