FİFA yaş limitini artırır

saytların hazırlanması

Evə çatdırılma

FİFA yaş limitini artırır

İdman

04 Aprel 2020 18:58 951


FIFA Beynəlxalq Olimpiya Komitəsinə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında çıxış edə biləcək oyunçuların yaş həddini artırmağı təklif edib.

Yenisabah.az xəbər verir ki, təklifə əsasən, yeni yaş həddi 24 olacaq. Bildirilib ki, dəyişikliyə səbəb Tokio olimpiadasının 2021-ci ildə keçirilməsi ilə əlaqədardır.

Qeyd edək ki, əvvəlki qaydalara əsasən, olimpiadada heyətə 23 yaşdan yuxarı olmayan futbolçular və yaş həddini aşan 3 oyunçu daxil edilə bilər. Toyuqlu pizza

“Tokio-2020”də 16 komanda iştirak edəcək, hazırda 14 iştirakçı məlumdur. Yaponiya, Fransa, Almaniya, Rumıniya, İspaniya, Yeni Zelandiya, Misir, Kot d'İvuar, Cənubi Afrika, Avstraliya, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Argentina və Braziliya vəsiqəni təmin edib.

Şimali və Mərkəzi Amerika Futbol Konfederasiyası (CONCACAF) və Karib dənizi hövzəsindən hərəyə bir iştirakçı qatılacaq. Yay Olimpiya Oyunları 2021-ci il 23 iyul – 8 avqust tarixlərində olacaq.  /Qol.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!