“Fikirlərimdə yanlışlıq var” - Akif Nağı qalmaqallı açıqlamasından danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Fikirlərimdə yanlışlıq var” - Akif Nağı qalmaqallı açıqlamasından danışdı

Siyasət

09 Sentyabr 2024 14:36 559


"İstəyərdim hər kəs məsələyə müsbət tərəfdən yanaşsın. Təbii ki, yanlışlıq var fikirlərimdə. Amma bəziləri bundan sui-istifadə edərək özlərinin çirkab, ləkə dolu fikirlərini paylaşmasınlar". 

Bunu Metbuat.az-a açıqlamasında siyasətçi, Azad Vətən Partiyasının sədri Akif Nağı deyib. O bildirib ki, qalmaqala səbəb olan sözlərindən sonra ona qarşı səsləndirilən fikirlər yanlışdır: 

"Xüsusən də bəzi Fətullah Gülənlə əlaqəsi olan adamlar ağızlarına gələni danışırlar. Məni guya hansısa xarici dövlətin xüsusi xidmət orqanları ilə bağlayırlar. Çox məkrli, səviyyəsiz açıqlamadır. Özləri həmişə ora-bura xidmət ediblər, böyük ehtimalla bu gün də o xidmətə davam edirlər. Hesab edirlər ki, digərləri də onlar kimidir. Biz həmişə Azərbaycana xidmət etmişik, milli birlik naminə çalışmışıq, Prezident İlham Əliyevin siyasətini dəstəkləmişik. Çünki düzgün siyasətdir".  pizza

Qeyd edək ki, Akif Nağının yeni parlamentdə əsasən Qərbi Azərbaycan və Naxçıvandan olan şəxslərin üstünlük təşkil etməsi ilə bağlı fikirləri siyasi sferada qalmaqala səbəb olub. Bir çox siyasətçi onu bu fikirlərinə görə tənqid edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!