“Fikirləşirlər ki, əgər müğənnidirsə, hər şey edər...“   - Günel Ələkbərova

saytların hazırlanması

Evə çatdırılma

“Fikirləşirlər ki, əgər müğənnidirsə, hər şey edər...“ - Günel Ələkbərova

Şou

18 May 2021 17:17 3734


Son günlər müğənni Rəqsanə İsmayılovanın Rusiyada işləməyə gedən şou-biznes nümayəndələri haqda dediyi sözlər, bundan sonra digər müğənnilərin sosial şəbəkələrdə bir-birlərinə söz atması müzakirələrə səbəb olub.

Yenisabah.az-a danışan müğənni Günel Ələkbərova da məsələyə münasibət bildirib.

Sənətçi bunu edən həmkarlarının ünvanına tənqidlər səsləndirib: Dominos pizza

“Həmkarlarımın sosial şəbəkələrdə bir-birinə video çəkərək söz atması heç də yaxşı bir şey deyil, bu ayıbdır. Mən düşünürəm ki, əgər kiminsə həmkarına hər hansı bir sözü varsa, zəng edib deməlidir. Allaha şükür,  indi texnologiya əsridir, hamının əlində telefon var. Zəng etsinlər, bir-birlərinə nə istəyirlərsə, ürəklərindən nə keçirsə, desinlər və insanları belə boş-boş söhbətlərlə narahat eləməsinlər. Çünki istər-istəməz bunları görürsən, mən bir izləyici kimi deyirəm. Nəyə görə mən telefonu açıb sosial şəbəkəyə girəndə bu cür qırğınları, bu cür küçə söhbətlərini görməliyəm?! Bu incəsənətdir, başa düşürsünüz? Burada bazar söhbətləri olmalı deyil. Əgər sözünüz varsa, əlinizdə qarşı tərəfin nömrəsi var, götürün yığın, bir-birinizi tənqid edin, təhqir edin, söyün, söyüşün... Amma bunu ictimailəşdirmək lazım deyil, çünki bu birbaşa bizim sənətimizə olan hörmətsizlikdir, sənəti gözdən salmaqdır. Biz elə özümüz bunu edirik, ona görə də sənətdə olan insanlara bəziləri dırnaqarası baxırlar. Elə fikirləşirlər ki, əgər bir insan müğənnidirsə, o hər şey edə bilər,  yaxşı ailəsi ola bilməz, ondan yaxşı ana və ev xanımı olmaz və s. Bu fikirləri insanlarda məhz belə söz-söhbətlər yaradır”.

G.Ələkbərova bu cür hərəkətləri xanımlara yaraşmadırmadığını bildirib:

“Olmaz, etməyin, insan yediyi qaba tüpürməz, biz eyni yerdən çörək yeyirik. Bir-birimizi aşağılamaqla, təhqir etməklə bir yerə varmaq olmaz. Şəxsi söhbətləri publik şəkildə etmək nəyə lazımdır? Əgər kiminsə sənəti ilə bağlı, mahnısı ilə bağlı nəsə demək lazım olarsa, bu zaman olar, amma camaatın şəxsi həyatından danışmaq olmaz. Bu nədir, bu nə deməkdir? Hamı avtoritet olub, “razborka” həll edir, ayıbdır. Ən azından bu xanımlara yaraşan şey deyil. Bunu kişilər eləsə, hardasa bəlkə keçmək olar, amma xanımlara yaraşmır. Hamı sosial şəbəkədən “razborka” edir. Mən yaxud başqa izləyicilər məcburdur hər dəfə “İnstagram”a girəndə kiminsə digərini təhqir etməyini görməyə?! Hərə bir canlı yayım açır, başlayır ürək sözlərini deməyə. Canlı yayım mən də açıram, amma bunu o zaman edirəm ki, sözümü deməli olduğum yerə çata bilmirəm, yaxud haqqımda yanlış məlumat yayılıbsa, onun haqqında danışıram, açıqlama verirəm. Bu başqa şeydir. Amma canlı yayım kiməsə ultimatum göndərmərəm, bunu özümə yaraşdırmaram. Zatən ruzini verən Allahdır. Heç kim kimisə insanların gözündən sala bilməz, çünki hər kəsi öz izləyicisi, öz sevəni var. Şəxsi məsələləri bu qədər qabartmaq lazım deyil”.

Əsmətxanım

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!