Filadelfiyaya “Hummer”də saxta bülletenlər daşıyan silahlı şəxslər tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Filadelfiyaya “Hummer”də saxta bülletenlər daşıyan silahlı şəxslər tutuldu

Dünya

07 Noyabr 2020 22:46 1044


ABŞ-da Pensilvaniya polisi Vircinia ştatından Filadelfiya şəhərinə prezident seçiləri üçün saxta bülletenlərini çatdırmağa çalışan iki silahlı şəxsi saxlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə CNN telekanalı yerli prokurorluğa istinadən xəbər yayır.

Qeyd olunur ki, Çesapik (Virciniya ştatı) sakinləri olan 61 yaşlı Antonio LaMotta və 42 yaşlı Joşua Masias 5 noyabr axşamı Pensilvaniya ştatında icazəsiz olaraq odlu silah gəzdirmək şübhəsiylə hesablama mərkəzinin yaxınlığında tutulublar. Dördpendirli pizza

Polis naməlum silahlı şəxslərin “Hummer” yük maşını ilə Pensilvaniya Konvensiya Mərkəzinə tərəf getmələri barədə məlumat aldıqdan sonra onları saxlayıb. Üzərlərindəki tapançalardan başqa avtomobildə bir tüfəng və təxminən 160 güllə də olub.

Yerli hakimiyyət orqanları saxta bülletenlərin olması və ya onların yük maşınında tapılıb-tapılmaması barədə ətraflı məlumat verməyiblər.  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!