“Final bizim üçün xəyal idi“ - “İnter“in baş məşqçisi  

saytların hazırlanması

Evə çatdırılma

“Final bizim üçün xəyal idi“ - “İnter“in baş məşqçisi  

İdman

17 May 2023 11:04 1044


“Nəyi bacardığımızı yaxın bir neçə gün ərzində daha yaxşı anlayacağıq. Final bizim üçün xəyal idi, amma həmişə buna inanırdıq. Biz inanılmaz bir yol keçmişik. Derbidə qalib gələrək yarımfinala çıxmaq əladır". 

Yenisabah.az xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının yarımfinalında "Milan"a 1:0 hesabı ilə qalib gəldikləri cavab oyunundan (ilk oyun - 2:0) sonra keçirilən mətbuat konfransında deyib. 

"Bu yarımfinalda hər şey xoşuma gəldi: qaçış, aqressiya, konsentrasiya. Yanvar ayından bu gecəyə kimi dörd derbi keçirdik və dördündə də qalib gəldik. “Milan” İtaliya çempionudur, onların çox keyfiyyətli komandası var, amma futbolçular əla oynadılar" - deyə o bildirib.  pizza sifarişi

Mütəxəssisin sözlərinə görə, rəhbərlik ondan ÇL-də 1/8 finala yüksəlmək vəzifəsi qoymuşdu: "Amma hazırda finaldayıq. Kimsə bizi bu mərhələyə gətirməyib.Həmiə güclü rəqiblərlə oynadıq və layiqliq qələbələrlə bu mərhələyə çatdıq". 

İnzaqi ÇL-in finalındakı mümkün rəqibləri haqda da danışıb: "Real" və "Mançester Siti" Avropanın ən yaxşı komandalarıdır. İlk oyun bərabər səviyyədə idi. Cavab görüşünü həyəcanla izləyəcəyik. Rəqib kim olursa olsun, finalda tam hazır "İnter" görəcəklər". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!