“Finala çıxmaq üçün əlimdən gələni etdim” - Azərbaycan boksçusu

saytların hazırlanması

Evə çatdırılma

“Finala çıxmaq üçün əlimdən gələni etdim” - Azərbaycan boksçusu

İdman

04 Avqust 2024 16:52 771


"Məsuliyyət var, əlimdən gələni edəcəm ki, finalda qızıl medal qazanım".

Yenisabah.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın boksçusu Alfonso Dominqes Paris-2024-də finala vəsiqə qazanması ilə bağlı fikirlərini bildirərkən deyib.

Boksçu qızıl medal qazanmaq üçün əlindən gələni edəcəyini vurğulayıb: Toyuqlu pizza

"Çox gərgin döyüş keçdi. Finaldan gözləntilərim qızıl medaldır. Əsasən "ikinci nömrə" ilə çıxış edən boksçuyam. İlk gündən məhz belə işləmişəm. Gözləyirəm ki, rəqib üzərimə gəlsin və zərbələrdən yayınım. Bu gün də belə etdim və qələbə qazandım. Finala çıxmaq üçün əlimdən gələni etdim. Şəxsi kateqoriyam 86 kq çəki dərəcəsidir. İndi döyüşdüyüm kateqoriyada yeniyəm. Paris-2024-də mənim yarışdığım kateqoriya olmadığına görə 92 kq çəki dərəcəsində döyüşürəm".

Qeyd edək ki, A.Dominqes yarımfinalda ispaniyalı Emmanuel Reyes Pla üzərində qələbə qazanmaqla finala yüksəlib. Həlledici qarşılaşma avqustun 9-da baş tutacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!