Finalların məğlubedilməzi - Zidan

saytların hazırlanması

Evə çatdırılma

Finalların məğlubedilməzi - Zidan

İdman

13 Yanvar 2020 09:16 1409


İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidan uğurlu göstərici ilə növbəti dəfə diqqət çəkməyi bacarıb.

“Yeni Sabah” “Hürriyet”ə istinadən xəbər verir ki, komandası ötən gecə İspaniya superkubokunun final qarşılaşmasında “Atletiko”nu məğlub edərək kuboka sahib çıxan  fransalı çalışdırıcı “kral klubu”nda iştirak etdiyi 9 finalın hamısında qələbə qazanıb. 

Qeyd edək ki, final görüşü Səudiyyə Ərəbistanda keçirilib. Matçın əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada isə Zinəddin Zidanın komandası (4:1) qalib gəlib.  Dominos pizza

Xatırladaq ki, bu superkubok Zidanın “Real”a ikinci qayıdışından sonra qazanılan ilk tituludur. 

Zidanın “Real”da 9 finalı və qələbəsi

2016-cı il. Klublararası Dünya Kuboku. “Real” Madrid – “Kasima Antlers” 4:2

2016-cı il. UEFA Superkuboku. “Real” Madrid – “Sevilya” 3:2

2016-cı il. Çempionlar Liqası. “Real” Madrid – “Atletiko” Madrid 2:2, 6:4

2017-ci il. Klublararası Dünya Kuboku. “Real” Madrid – “Qremiyo” 1:0

2017-ci il. İspaniya Superkuboku. “Real” Madrid – “Mançester Yunayted” 2:1 

2017-ci il. UEFA Superkuboku. “Real” Madrid – “Barselona” 2:0/3:1 toplam 5:1

2017-ci il. Çempionlar Liqası. “Yuventus” – “Real” Madrid 1:4

2018-ci il. Çempionlar Liqası. “Real” Madrid – “Liverpul” 3:1

2020-ci il. İspaniya Superkuboku. “Real” Madrid 0:0 4:1

Naibə

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!