“Finca Azerbaijan” terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı qanunu pozdu -20 min cərimə 

saytların hazırlanması

Evə çatdırılma

“Finca Azerbaijan” terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı qanunu pozdu -20 min cərimə 

İqtisadiyyat

21 May 2024 14:44 1315


Mərkəzi Bankın yoxlamalarından sonra “Finca Azerbaijan” və onun vəzifəli şəxsi cərimələnib.

“Yeni Sabah” bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, mikromaliyyə təşkilatında Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, mikromaliyyə təşkilatı müəyyən edilən daxili nəzarət proqramını tətbiq etməyib.  İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə müvafiq olaraq “Finca Azerbaijan” və onun vəzifəli şəxsi Nəsimi Rayon Məhkəməsi tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən müvafiq olaraq 20 min və 2 min manat məbləğində cərimə edilib.

 Xatırladaq ki, "Finca Azerbaijan" 1998-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Mikromaliyyə təşkilatı Hollandiya şirkəti olan FINCA Microfinance Coöperatief U.A.-nın törəmə müəssisəsidir. pizza mizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!