“Finex Kredit” bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ilin ilk yarısında 13%-dən çox kiçilib.
"Yeni Sabah"ın hesablamasına görə, 2023-cü ilin iyulun 1-nə təşkilatın cəmi aktivləri ilin əvvəlinə nisbətən 721 min manat azalaraq 4,66 milyon manata enib.
Mikromaliyyə təşkilatının cəmi öhdəlikləri isə 3,64 milyon manata bərabər olub ki, bu da ilin əvvəli ilə müqayisədə 26,3% azdır. “Finex Kredit”in cəmi kapitalı isə ilin əvvəlinə nisbətən 2,2 dəfə artaraq 1,27 milyon manata yüksəlib.
BOKT 2022-ci ildə olduğu kimi 2023-cü ilin birinci yarımilini də zərərlə işləyib. Onun xalis zərəri ilk altı ayda 115,3 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 49,5% azdır.
Hesabat dövründə mikromaliyyə təşkilatının müştərilərə verdiyi kreditlər 11,6% azalaraq 2,93 milyon manata enib. BOKT-un bu kreditlər üzrə faiz gəlirləri isə ötən ilin eyni dövrünə nisbətən 9,8% azalaraq 374,8 min manat təşkil edib.
Telegram kanalımız