Finlandiya prezidenti İlham Əliyevə başsağlığı verdi

saytların hazırlanması

Evə çatdırılma

Finlandiya prezidenti İlham Əliyevə başsağlığı verdi

Siyasət

30 Dekabr 2024 19:59 730


Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması bağlı Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Yenisabah.az xəbər verir ki, başsağlığında deyilir:

"Dekabrın 25-də "Azərbaycan Hava Yolları" QSC-yə məxsus təyyarənin qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması ilə bağlı sarsıdıcı xəbər məni dərindən kədərləndirdi. Finlandiya xalqı adından və şəxsən öz adımdan Sizə və həyatını itirənlərin yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Düşüncələrimiz həlak olanların ailələri və doğmaları ilə, o cümlədən bütün xalqınızladır. Dördpendirli pizza

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!