Finlandiya Prezidenti İlham Əliyevə zəng etdi

saytların hazırlanması

Evə çatdırılma

Finlandiya Prezidenti İlham Əliyevə zəng etdi

Siyasət

10 Mart 2026 19:17 491


Finlandiya Prezidenti Aleksandr Stubb Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

A. Stubb İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumu ilə əlaqədər ölkəmizə dəstəyini ifadə edib. Dördpendirli pizza

Azərbaycan Prezidenti telefon zənginə və göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Prezident İlham Əliyevlə A. Stubbun görüşləri və həmin görüşlər zamanı ikitərəfli əlaqələrimizin inkişafı ilə bağlı aparılmış müzakirələr məmnunluqla xatırlanıb.

Azərbaycan və Finlandiya prezidentləri əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!