Finlandiya “Xoşbəxt ölkələr” siyahısında liderdir

saytların hazırlanması

Evə çatdırılma

Finlandiya “Xoşbəxt ölkələr” siyahısında liderdir

Dünya

20 Mart 2021 07:38 766


Finlandiya ardıcıl dördüncü dəfə “Xoşbəxt ölkələr”in (“World Happiness Report”) reytinq sırasında birinci yerdə qərar tutub.

“1prime” məlumat verir ki, siyahını “World Happiness Report” təşkilatı BMT ilə birgə hazırlayıb.

Finlandiyadan sonra xoşbəxt ölkələrin siyahısında ardıcıl olaraq İslandiya, Danimarka, İsveçrə, Hollandiya, İsveç, Almaniya, Norveç, Yeni Zelandiya və Avstriyanın adı gəlir. Toyuqlu pizza

ABŞ bu siyahıda 14-cü, Böyük Britaniya 18-ci, Fransa 20-ci yerdədir.

Sonuncu yerdə Zimbabvedir.

Hesabat adambaşına düşən Ümumi Daxili Məhsulun (ÜDM) həcmi, uzunömürlülük, vətəndaş azadlığı, korrupsiyanın səviyyəsi, vətəndaşların səxavətliliyi və açıq ürəkliliyinə nəzərən tərtib olunub. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!