“Finoko” BOKT kiçilib, xalis mənfəəti 3 dəfədən çox azalıb

saytların hazırlanması

Evə çatdırılma

“Finoko” BOKT kiçilib, xalis mənfəəti 3 dəfədən çox azalıb

İqtisadiyyat

24 Avqust 2023 17:28 1170


Bank olmayan kredit təşkilatı (BOKT) “Finoko” ASC bu ilin I yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb. 

“Yeni Sabah”ın BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, ASC yarımili 65 min manat mənfəətlə başa vurub. Bu isə ötən ilin ilk yarısı ilə müqayisədə 2,9 dəfə azdır. 2022-ci ilin birinci yarımilində təşkilat 186 min manat xalis mənfəət açıqlamışdı.   

“Finoko”nun faiz gəlirləri son bir ildə 1,3% artaraq  2,94 milyon manata,  Dördpendirli pizza

faiz xərcləri 10,7% azalaraq 1,8 milyon manata, xalis faiz gəlirləri isə 22,4% artaraq 1,15 milyon manata bərabər olub. 

Hesabat dövründə mikromaliyyə təşkilatının  311 min manat qeyri-faiz gəliri və 1,41 milyon manat qeyri-faiz xərcləri yaranıb. Bu isə ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 4,4% az və 30,2% çoxdur. Nəticədə təşkilatın ilk yarımildə əməliyyat mənfəəti 59,1 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 3,2 dəfə azdır. 2022-ci ilin birinci yarısında BOKT 187 min manat əməliyyat mənfəəti açıqlamışdı. 

BOKT ilin əvvəlinə nisbətən 1,3% kiçilib. Bu il iyulun 1-nə “Finoko”nun aktivləri 34,8 milyon 

manata bərabər olub. Bunun 22,3 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, BOKT-un kredit portfeli 3% böyüyüb. “Finoko”nun cəmi öhdəlikləri 43,5% artaraq 29,7 milyon manata kimi artsa da, cəmi kapitalı 2 dəfə azalaraq 5,1 milyon manata enib.

Xatırladaq ki, “Finoko” BOKT ASC-nin təsisçiləri Elçin Əliyev (50%) və Elmar Əliyev (50%) qardaşlarıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!