Firuzə İbadova duet oxumaya  “əlvida” dedi

saytların hazırlanması

Evə çatdırılma

Firuzə İbadova duet oxumaya “əlvida” dedi

Şou

25 Aprel 2024 12:36 464


Əməkdar artist Firuzə İbadova duet ortağı, Əməkdar artist Cavanşir Məmmədovun ölümündən sonra səhnəni tərk etməsi haqda yayılan xəbərlərə münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşım edərək xəbərin təhrif olunduğunu bildirib:

"Firuzə İbadova Cavanşir Məmmədov üçün səhnəyə əlvida dedi" haqda xəbər doğru deyil. Mən Cavanşir Məmmədovdan sonra səhnəni heç kimlə paylaşa bilmərəm, mən duet oxumağa əlvida demişəm, səhnəyə deyil. Mən sənətimi, səhnəni sevirəm və heç vaxt tərk edə bilmərəm! Əksinə onun ruhu şad olsun deyə, nəğmələrimizi yaşadacağam! Çox xahiş edirəm, yanlış məlumat paylaşmayın". Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!