Firuzə İbadova gözyaşlarına hakim ola bilmədi - “Dövlətim mənə ev versin“ – VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Firuzə İbadova gözyaşlarına hakim ola bilmədi - “Dövlətim mənə ev versin“ – VİDEO

Şou

20 Oktyabr 2021 11:29 1992


Əməkdar artist Firuzə İbadova ilk dəfə yaşadığı evi efirdə göstərib.

Yenisabah.az xəbər verir ki, ATV telekanalında yayımlanan  “Günün sədası” proqramında qonaq olan sənətçi 32 kvadratlıq evdə yaşadığını deyib.

O, ipotekaya götürdüyü mənzilinin borcunu hələ də ödəyə bilmədiyini, 2 ildir həmin evdə qızı və nəvəsi ilə yaşadığını bildirib və gözyaşlarına hakim ola bilməyib: Dördpendirli pizza

“İnsanların qarşısına gözəl libaslarda çıxıram. İnsanların üzünə gülürəm, amma evə gələndə kefim pozulur. Övladımla nəvəmə görə narahatam. Mən dünyamı dəyişsəm, onlar necə olacaq? Neçə illər Cavanşir Məmmədovla çalışıram. Getdiyimiz toylarda qiymət orta məbləğ olub. Ansamblımızda adamlar çoxdu, pullar bölünür. Mənə böyük pullar qalmayıb. İstərdim ki, dövlətim mənə ev versin, tələbələrimi o evdə hazırlaşdırım”.

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!