"Hazırkı şəraitdə Azərbaycanda istehlakçılar alış-veriş edərkən daha çox iki məqama: pandemiya şəraitində ticarət obyektlərinin sanitar-epidemioloji tələblərə uyğun fəaliyyət göstərməsinə, eləcə də fiskal ID-nin təqdim edilməsinə diqqət yetirməlidirlər".
Yenisabah.az xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən iqtisadiyyat üzrə fəlsəfə doktoru Ceyhun Vəliyev istehlakçıların hansı şərtlərə görə seçim etməsinin vacib olduğunu vurğulayıb:
“Bizdə vətəndaşlar əsasən, qiymətlərə diqqət edir, ucuz məhsulları almağa üstünlük verirlər. Ancaq dövrün tələblərinə uyğun olaraq bu seçim parametrləri dəyişə bilər. Xüsusilə COVID-19 pandemiyasının geniş yayıldığı dövrdə seçim edərkən insanlar öncə sağlamlıqlarına diqqət etməlidirlər. Vətəndaşların sağlamlığının qorunması üçün yeni qaydalara əməl edilməsi birinci şərtdir. Sahəsi daha geniş olan marketlərdən alış-veriş edilməsi daha məqsədəuyğundur. Bu zaman ara məsafəsinin gözlənilməsi, bununla da yoluxma riskinin azalması mümkündür. Bundan əlavə, həmin məkanlarda fiskal ID-nin təqdim edilməsinə diqqət yetirilməsi vacibdir”. pizza mizza
C.Vəliyev bildirib ki, fiskal ID əldə edilməsi həm alıcılar, həm də satıcılar üçün rəqabət şəraitində çox önəmlidir:
"Çünki bir çox marketlər yalnız alınan məhsulların siyahısını müştərilərə təqdim edirlər. Kassa çeki verməyən bu müəssisələr gəlirlərini dövlətə şəffaf şəkildə təqdim etməyərək gizlədirlər. Biz də vətəndaş olaraq çalışmalıyıq ki, hansı market, mağaza şəffaf fəaliyyət göstərirsə, oradan alış-veriş edək. Çünki gəlirlərini şəffaf göstərən ticarət obyektləri dövlətə vergisini vicdanla ödəyir. Büdcəyə ödənilən vergi vəsaitləri vətəndaşların sosial rifahının yüksəlməsinə xidmət edir”.
Fiskal ID-nin digər üstünlüklərindən bəhs edən iqtisadçı əlavə edib ki, bu cür çeklər vasitəsilə vətəndaşlar ödədikləri ƏDV-nin bir hissəsini geri ala bilərlər. Bunun üçün xüsusi olaraq “edvgerial.gov.az” saytı yaradılıb. Hesaba yığılan məbləğlərlə vətəndaşlar kommunal ödənişlərin, digər xərclərin ödənilməsində istifadə edə bilərlər. (Azərtac)
Xatırladaq ki, fiskal ID malın sürətli məlumat kodu olaraq xüsusi qurğular vasitəsilə oxuna bilən QR kod və ya çek üzərində nəzarət mexanizmi qurğusu tərəfindən formalaşdırılan 12 simvoldan ibarət unikal identifikatordu. Fiskal ID yeni nəsil çek formalarının üzərində çap edilməsi zəruri olan məlumatdır.
Telegram kanalımız