“Flamenqo”nun baş məşqçisi Juninyonu fikrindən daşındırdı

saytların hazırlanması

Evə çatdırılma

“Flamenqo”nun baş məşqçisi Juninyonu fikrindən daşındırdı

İdman

08 Yanvar 2025 10:07 660


"Qarabağ"ın futbolçusu Olavio Juninyo "Flamenqo" komandasının baş məşqçisi Felipe Luislə danışdıqdan sonra İspaniya təmsilçisi "Sevilya"ya keçmək fikrindən daşınıb.

Yenisabah.az uol.com-a istinadla xəbər verir ki, Braziliya A Seriyasında çıxış edən klub Azərbaycan çempionuna yeni təklif göndərib.

"Flamenqo" forvard üçün 5 milyon avro (4+1) ödəmək istəyir. Juninyoya verilə biləcək mümkün maaş isə "Sevilya"nın təklifindən 3 dəfə çoxdur. Braziliyalı oyunçu ilə üçillik müqavilə imzalamaq niyyətində olan klub mövsümöncəsi onu heyətinə qatmağa çalışacaq. pizza mizza

Olavio Juninyo 2023-cü ildən "Qarabağ"ın formasını geyinir. O, Azərbaycan çempionatının və kubokunun qalibi olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!