“Flamenqo”nun baş məşqçisi Juninyonu təriflədi

saytların hazırlanması

Evə çatdırılma

“Flamenqo”nun baş məşqçisi Juninyonu təriflədi

İdman

20 Yanvar 2025 10:56 205


“Flamenqo”nun baş məşqçisi Felipe Luis “Qarabağ”dan transfer etdikləri Juninyo barədə fikirlərini bildirib.

Yenisabah.az xəbər verir ki, 39 yaşlı mütəxəssis yeni hücumçuları haqda danışarkən onun barəsində müsbət sözlər deyib və onun komandasına çox fayda verəcəyini söyləyib.

“Atletiko” Madriddəki çıxışları ilə tanınan Felipe Luis keçirdiyi mətbuat konfransında bildirib: pizza hut

“Juninyo bizə qoşuldu. Onun hücum xəttimizi gücləndirəcəyinə şübhəm yoxdur. Oyun modelinin tələb etdiyi xüsusiyyətlərə malik hücumçudur və bizə çox köməyi dəyəcək. Komandanın səviyyəsini, məşq mədəniyyətini yüksəldəcək. Juninyo böyük ambisiyaları olan futbolçudur”.

Xatırladaq ki, Juninyo bugünlərdə “Flamenqo” ilə 2028-ci ilin sonuna qədər müqavilə imzalayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!