Flora-Afət qalmaqalından xəbər var - “Lənət şeytana” dedi, ərizəsini geri götürdü - Video

saytların hazırlanması

Evə çatdırılma

Flora-Afət qalmaqalından xəbər var - “Lənət şeytana” dedi, ərizəsini geri götürdü - Video

Şou

05 Yanvar 2020 08:30 1486


Müğənni Afət Fərmanqızı Xalq artisti Flora Kərimova ilə yaşadığı qalmaqalla bağlı daha bir açıqlama verib.

"Yeni Sabah" xəbər verir ki, ifaçı bu barədə ATV-də yayımlanan “Ən yaxşı” verilişində qonaq olarkən danışıb.

“Evimizdə Flora xanımın mahnılarından ibarət disk var. Onun sənətinə və insanlığına çox böyük hörmətim var. O, gənclərə hər zaman dəstək olub. Şəxsən mənə dəstək olmasa da, bilirdim ki, ondan hansısa bir kömək istəsəm, əsirgəməyəcək”, - deyə A. Fərmanqızı Xalq artistindən söz açılan zaman bildirib. Dördpendirli pizza

Afət həmçinin məhkəməyə verdiyi şikayət ərizəsini geri götürəcəyinə də söz verib:

“Sözümün üstünə dururam. Düşünürəm ki, Flora xanım mənə ünvanladığı o neqativ və mənfi sözləri demək istəməyib. Nə cürsə desə də, amma “keçənə güzəşt” deyirlər. Lənət olsun şeytana”.

Xatırladaq ki, tərəflər arasında qalmaqal Flora Kərimovanın Afət Fərmanqızının “Sığmazam” qəzəlini oxumasını tənqid etməsindən sonra baş verib. Bundan sonra isə onlar “söz savaşı”na çıxıb və müxtəlif verilişlərdə, sosial şəbəkələrdə bir-birinin ünvanına sərt fikirlər səsləndiriblər. Nəticədə hər iki tərəf məhkəməyə müraciət edəcəyini deyib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!