Xalq artisti Flora Kərimova küsülü olduğu həmkarı ilə barışıb.
Yenisabah.az xəvər verir ki, ARB telekanalında yayımlanan “Həmin Zaur” proqramının qonağı olan sənətçi Əməkdar artist Cavanşir Məmmədovla barışıb.
Efirdə onunla birgə qonaq olan F.Kərimova canlı yayımda onunla barışıb. Marqarita pizza
Xatırladaq ki, Xalq artisti Flora Kərimova dayısı oğlu, Əməkdar artist Cavanşir Məmmədov barədə illər əvvəl inanılmaz ittihamlar səsləndirmişdi.
Xalq artisti bildirmişdi ki, onun anası C.Məmmədova çox kömək edib, hətta iki dəfə onu həbsdən qurtarıb. Amma bunun müqabilində Cavanşir Məmmədov onun anasının dəfnində iştirak etməyib.
Qeyd edək ki, C.Məmmədov Flora Kərimovanın doğmaca dayısı oğlu olsa da, çoxları bu barədə xəbərdar deyil.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız