Flora Kərimova məhkəmədə, Afət Fərmanqızı gəlmədi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Flora Kərimova məhkəmədə, Afət Fərmanqızı gəlmədi - Foto

Şou

28 Mart 2022 21:10 649


Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı bu gün keçirilməli olan növbəti məhkəmə prosesi təxirə salınıb. 

Yenisabah.az xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilməsi nəzərdə tutulan bugünkü prosesin təxirə salınmasına səbəb müğənni Afət Fərmanqızının və müdafiəçisinin məhkəməyə gəlməməsi olub.

Belə ki, müğənninin vəkili bu gün məhkəməyə bildiriş göndərərək səhhətində problem yarandığını, A.Fərmanqızının isə ölkə xaricində olduğunu bildirib.  pizza sifarişi

Məhkəmənin növbəti iclası aprelin 1-nə təyin edilib.

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edir./Lent.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!