“Qoyulan adam sayı limiti xəstəliklə əlaqədardır. Mənim şəxsi düşüncəm isə insanları çaşdıra bilər”.
Bu sözləri Yenisabah.az-a toylarla bağlı qoyulan adam sayı limiti barədə danışan Xalq artisti Flora Kərimova deyib. O, ehtiyyat tədbirlərinin pandemiya ilə əlaqədar olduğunu, bizi qorumaq üçün tətbiq edildiyini bildirib:
“Fikirlərim insanları çaşdıra bilər. Bu pandemiyadır, ehtiyatlı olmaq lazımdır. Ona görə bu mövzuda öz fikirlərimi xalqla bölüşmək istəmirəm”. pizza
Sənətçi toy mərasimlərinin keçirilməsinə icazə verilməsindən sonra şadlıq sarayları və restoranların pandemiyadan əvvəlki dövrlə müqayisədə xeyli yüksək qiymətlər təklif etməsinə də münasibət bildirib:
“Qiymət artımı şadlıq saraylarının şəxsi işidir, biz onlara qarışa bilmərik. Onlar da bir ildən çoxdur ki, qazanc əldə edə bilmirlər. Mən mütəxəssis deyiləm deyə, qiymət artımı mövzularını elə də yaxşı bilmirəm, amma məndən hansı not saxtadır deyə soruşsalar dərhal cavab verərəm (gülür). Hər adamın öz biznesi, hadisələrə baxış bucağı var. Onları necə qınayım? Bilmirəm axı əgər mən onların yerinə olsa idim eynisini edəcəkdim ya yox? Onların yerində olmadan iş prinsiplərinə qarışa bilmirəm”.
Telegram kanalımız