“80 yaşım var, sabahım olmaya bilər. Ancaq mən dünyadan köçəndə dəfnimi kameraya çəkə bilməyəcəksiniz”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova ARB telekanalında yayımlanan “Elgizlə İzlə” proqramında qonaq olarkən deyib.
Efir zamanı son zamanlar dünyasını dəyişən sənətçilər haqda göstərilən süjetə baxan müğənni öz dəfnin gizli qalacağını bildirib: Toyuqlu pizza
“Düşünürəm ki, o adam xoşbəxtdir ki, yaşayanda sevilib, dünyasını dəyişəndə ağlayanı olub. Məni belə görməyəcəksiniz. Mən evdə də demişəm, indi sizə də deyirəm, dünyadan köçəndə, dəfnimi çəkə bilməyəcəksiniz. Üslubca gedəcəyəm, yerimi heç kim bilməyəcək. Övladlarıma da demişəm ki, sizdən bunu ruhum tələb edəcək”.
Qeyd edək ki, Xalq artisti bir neçə gün öncə Prezident İlham Əliyev tərəfindən”Şərəf” ordeni ilə təltif edilib.
Telegram kanalımız