Floridada Ukrayna-ABŞ danışıqlarında digər məsələlərlə yanaşı, “Ukrayna ilə Rusiya arasında ərazi mübadiləsinin mümkünlüyü” müzakirə olunur.
"Yeni Sabah" “Wall Street Journal”a istinadla xbər verir ki, bunu adı çəkilməyən ABŞ rəsmisi deyib.
Mənbə onu da bildirib ki, nümayəndə heyətləri Ukraynada seçkilərin vaxtını da müzakirə edirlər. Dördpendirli pizza
ABŞ administrasiyasının "Sülh planı"nın ilkin variantında Rusiyanın Ukrayna ərazilərini ilhaq etməsinin beynəlxalq səviyyədə tanınması ehtimalı var idi, lakin Ukrayna bunu dəfələrlə qəbuledilməz adlandırıb. Ərazi məsələsi son nəticədə prezidentlər Donald Tramp və Volodimir Zelenski arasında şəxsi görüşə qalıb.
Rusiya Ukrayna qoşunlarının bütün Donetsk vilayətindən çıxarılmasını atəşkəs üçün şərt hesab edir. Moskva da Ukraynanın nəzarəti altında olan Xerson və Zaporojye vilayətlərinin qalan hissələrini ələ keçirmək cəhdlərini dayandırmaq niyyətində olduğunu bəyan edib, baxmayaraq ki, Rusiya rəsmiləri bunu rəsmən təsdiqləməyiblər.
“28 bəndlik plan”da qeyd olunub ki, Ukraynada seçkilər atəşkəsdən sonra 100 gün ərzində keçirilməlidir.
Trampın xüsusi elçisi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşnern "Sülh planı"nı müzakirə etmək üçün bu gün Moskvaya yollanmalıdır.
Gələn həftə Kiyevdə Trampın xüsusi nümayəndəsi Den Driskollun da olacağı gözlənilir.
Telegram kanalımız