Fond pensiya alanlarla bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Fond pensiya alanlarla bağlı məlumat yaydı

Sosial

02 Dekabr 2025 10:55 642


2025-ci ilin noyabrında Azərbaycanda xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 150 min nəfəri keçib. 

Bu barədə “Yeni Sabah”a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, ötən ay ərzində 150 292 nəfər bu kateqoriyadan olan pensiyaçı kimi qeydiyyatda olub. Sezar pizza

Rəsmi statistikaya əsasən, onların böyük hissəsi – 113 543 nəfəri yaşa görə xüsusi şərtlərlə pensiya alıb. 14 173 nəfər əlilliyə görə, 22 576 nəfər isə ailə başçısını itirməyə görə pensiya ilə təmin olunub.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!