Formasını yerə atan Ronaldonu hansı cəza gözləyir?

saytların hazırlanması

Evə çatdırılma

Formasını yerə atan Ronaldonu hansı cəza gözləyir?

İdman

12 Aprel 2021 13:36 744


“Yuventus”un futbolçusu Kriştiano Ronaldo növbəti hərəkəti ilə medianın gündəminə gəlib.

Yenisabah.az xəbər verir ki, o, "Cenoa" ilə matçdan sonra (3:1) formasını qazonun üstünə atıb. Daha sonra topdaşıyan uşaqlardan biri gəlib, formanı yerdən götürüb. Məşhur jurnalist Romeo Aqrestinin məlumatına görə, 36 yaşlı hücumçu köynəyi məhz həmin oğlanın xahişi ilə ora atıb.

Baş məşqçi Andre Pirlo isə açıqlamasında bildirib ki, portuqaliyalı oyunçu bu hərəkətinə görə cəzalandırılmayacaq: pizza hut

“Bu normaldır. Ronaldo, xüsusən oyun çətinləşəndə qol vurmaq istəyirdi. Çünki çempiondur və həmişə qol vurmaq istəyir. Digər oyunçularda olduğu kimi o da üzülə bilər. Matç bitdi və onun əsəbi olması normaldır. Klubun onu cərimə edəcəyini düşünmürəm”.

Xatırladaq ki, Ronaldo Portuqaliya millisinin heyətində DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə matçda hakimin onun təmiz qolunu qeydə almadığı üçün əsəbiləşib və kapitanlıq sarğısını yerə çırpmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!