“Formula 1“: Bu gün Azərbaycan Qran-prisinin qalibi bəlli olacaq

saytların hazırlanması

Evə çatdırılma

“Formula 1“: Bu gün Azərbaycan Qran-prisinin qalibi bəlli olacaq

İdman

30 Aprel 2023 08:25 871


Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisinə yekun vurulacaq.

"Report" xəbər verir ki, əsas yarış saat 15:00-da başlayacaq.

İlk olaraq "Formula 2"də qalib müəyyənləşəcək. İkinci dərəcəli pilotların mübarizəsi saat 11:25-də start götürəcək. Toyuqlu pizza

Daha əvvəl "Formula 1"in sıralama turunda "Ferrari" sürücüsü Şarl Lekler ən yaxşı nəticəni göstərib. "Red Bull"dan Maks Ferstappen ikinci, onun komanda yoldaşı Serxio Peres üçüncü olub. "Ferrari"nin digər pilotu Karlos Sayns və "Mercedes"dən Lüis Hemilton ilk "5-liy"i tamamlayıblar.

"Formula 2"də isə "Prema Racing"dən Oliver Bearman sıralama turunda bütün rəqiblərini qabaqlamışdı.

Azərbaycan Qran-prisində sonuncu günün proqramı

11:25. "Formula 2"də əsas yarış

12:45. Klassik maşınların paradı

14:46. Dövlət Himni mərasimi

15:00. "Formula 1"də əsas yarış 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!