"Formula-1 yarışı Azərbaycanın tanıdılmasında, onun tarixinin, mədəniyyətinin, problemlerinin öyrənilməsində böyük rol oynayır. Heç də təsadüfi deyil ki, Formula-1 yarışı keçirilərkən Vikipediya elektron kitabxanasında Azərbaycan, Bakı, Qarabağ mövzularında məqalələrə xaricdən çoxsaylı baxışlar olur. Bu, o deməkdir ki, Formula-1 yarışları zamanı insanlar ölkəmizlə bağlı daha çox məlumat əldə etməyə çalışırlar”.
Bakupost.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, Formula-1 yarışının ölkədə keçirilməsi Azərbaycanın tanıdılmasıyla yanaşı iqtisadi cəhətdən də mühüm üstünlüklər verir: Dominos pizza
"Hesab edirəm ki, Formula-1 iqtisadi və səmərəli bir layihədir. Cəmi 3 gün keçirilməsinə və qısa bir müddət hazırlanmağına baxmayaraq, bu yarış ölkəyə milyonlarla dollar gəlir gətirir. Gələn turistlər hotellerdə qalır, müxtəlif marketlərə, butiklərə daxil olub alver edirlər. Azərbaycanla bağlı gələcək planlarını qurmaq istəyənlər də olur. Formula-1 yarışına gələn insanların bəziləri Azərbaycanda qalırlar, getmək istəmirlər. Belələri az deyil. Öz bizneslerini burada genişləndirmək istəyirlər. Bir sözlə, Formula-1 Azərbaycanın tarixini, mədəniyyətini, iqtisadi imkanlarını, ən əsası insanlarını dünyaya daha yaxşı tanıda bilir".
Telegram kanalımız