“Formula-1” üzrə Azərbaycan Qran-prisi rəsmən ləğv olundu

saytların hazırlanması

Evə çatdırılma

“Formula-1” üzrə Azərbaycan Qran-prisi rəsmən ləğv olundu

İdman

12 İyun 2020 12:45 1125


Formula-1 üzrə dünya çempionatının Azərbaycan Qran-prisi ləğv olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə yarış təşkilatçıları bəyanat yayıb.

Bakı Şəhər Halqası isə açıqlamasında qeyd edib ki, COVİD-19 pandemiyası səbəbindən “Formula-1” Azərbaycan Qran-prisi 2020 ləğvindən böyük təəssüf hissi keçirir: “Yarışımızın 2020-ci ildə baş tutması üçün hər fürsəti araşdırdıq, lakin bütün səylərimizə baxmayaraq bunun mümkün olmayacağını anladıq. Azərbaycan xalqının, dəyərli Formula-1 azarkeşlərinin, həmçinin Formula-1 əməkdaşlarının sağlamlığı və təhlükəsizliyi naminə bu qərarı verməli olduq. 2021-ci ildə mövsümün ən yaxşı yarışını keçirmək üçün böyük əzmlə çalışmağa davam edəcəyik”. Toyuqlu pizza

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 5-7-də keçirilməli olsa da, koronavirus pandemiyası səbəbindən təxirə salınmışdı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!