“Formula 1” yarışına bütün biletlər satıldı

saytların hazırlanması

Evə çatdırılma

“Formula 1” yarışına bütün biletlər satıldı

İdman

11 Sentyabr 2024 16:04 590


Sentyabrın 13-15-i keçiriləcək Formula 1 yarışlarının bütün tribuna biletləri satılıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb. 

Bildirilib ki, azarkeşlərin böyük marağı səbəbindən bu il Bakı yarışının 8 tribunasına 2 yeni tribuna əlavə edilib. Yarış tribunalarının ümumi tutumu ötən ilə nisbətdə 35 faiz artırılıb.  pizza sifarişi

Builki yarış yalnız azarkeşləri deyil, bütün dünyanın diqqətini yenidən Bakıya yönəldəcək. Dördgünlük bilet sahibləri yarışı izləməklə yanaşı, Pit zolağı gəzintisi və 13-14 sentyabr tarixlərində baş tutacaq dünya ulduzlarının konsert proqramlarını da izləyəcəklər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!