Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakı şəhər halqasında keçirilən Formula 2 üzrə sərbəst yürüş başa çatıb.
Yenisabah.az xəbər verir ki, 45 dəqiqə davam edən sərbəst yürüşdə “Preme Racing” komandasının pilotu Oliver Berman birinci olub. “Hitech”in üzvü İsak Hajar yarışı ikinci, “Campos Racing”dən Kuş Maini üçüncü pillədə başa vurublar.
Bu gün saat 13:30-dan 14:30-dək Formula 1 Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşü keçiriləcək. Saat 15:00-da Formula 2-nin, 17:00-da isə Formula 1-in sıralanma turu başlayacaq. Toyuqlu pizza
Telegram kanalımız