Fövqəladə vəziyyət elan edildi - Tonlarla ölü balıq dəniz səthini bürüdü

saytların hazırlanması

Evə çatdırılma

Fövqəladə vəziyyət elan edildi - Tonlarla ölü balıq dəniz səthini bürüdü

Hadisə

01 Sentyabr 2024 15:43 601


Tonlarla ölü balığın dəniz səthini bürüdüyü Yunanıstanın Volos şəhərində fövqəladə vəziyyət elan edilib.

Yenisabah.az xəbər verir ki, avqustun 27-dən etibarən bölgədə aparılan təmizləmə işlərinə baxmayaraq, İqlim Böhranı və Mülki Müdafiə Nazirliyi ekoloji fəlakətin əhalinin sağlamlığı ilə bağlı narahatlığa görə fövqəladə vəziyyətin 1 ay davam edəcəyinə qərar verib.

Balıqlar Volos şəhəri yaxınlığında yerləşən Karla gölündən gəlib. Göl 1962-ci ildə malyariya ilə mübarizə çərçivəsində qurudulub, lakin keçən il leysan yağışların yağdığı üçün yenidən canlanıb. Pepperoni pizza

Mütəxəssislərin fikrincə, göl suları şirin su balıqlarını Volos şəhərinin yerləşdiyi Paqasit körfəzinə itələyib və bu da balıqların ölümünə səbəb olub. Kilometrlərlə uzanan ölü balıq qalaqlarından xüsusi maşınlar vasitəsilə 100 tondan çox balıq toplanıb.

Volos sahillərində minlərlə ölü balıq dəniz səthini örtdüyü zaman prokurorluq bölgədə dəniz suyunun çirklənməsini və balıqların ölüm səbəbini müəyyən etmək üçün araşdırmalara başlayıb.

Əsmətxanım

 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!