Françesko Totti koronavirusa yoluxdu

saytların hazırlanması

Evə çatdırılma

Françesko Totti koronavirusa yoluxdu

İdman

02 Noyabr 2020 18:40 1537


İtaliya millisinin və "Roma" klubunun sabiq futbolçusu Françesko Tottidə koronavirus aşkarlanıb.

Yenisabah.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, 44 yaşlı keçmiş hücumçu halsızlıq və qızdırma hiss etdikdən sonra testdən keçib.

Totti hazırda özünü yaxşı hiss edir. Onunla yanaşı, həyat yoldaşı İlari Blazinin də testi müsbət nəticə verib, lakin onda xəstəliyin əlamətləri yoxdur. Marqarita pizza

Bir neçə həftə əvvəl Françesko Tottinin atası Entso Totti koronavirusun yaratdığı fəsadlardan sonra dünyasını dəyişib.

Qeyd edək ki, Françesko Totti peşəkar karyerası ərzində 1992 - 2017-ci illərdə "Roma"nın formasını geyinib. O, İtaliya yığması ilə 2006-cı ildə dünya çempionatının qalibi olub.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!