“Fransa açıq şəkildə Ermənistanı dəstəkləyir”   - Mövlud Çavuşoğlu

saytların hazırlanması

Evə çatdırılma

“Fransa açıq şəkildə Ermənistanı dəstəkləyir” - Mövlud Çavuşoğlu

Siyasət

05 Oktyabr 2020 15:55 1054


"Ermənistanın mülki əhaliyə hücumu yeni deyil. Bu ölkənin tarixinə baxanda günahsız insanları necə qətlə yetirdiyini görmək olar, özəlliklə də Xocalıda".

Yenisabah.az-ın məlumatına görə, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu NATO baş katibi Yens Stoltenberqlə görüşü zamanı deyib.

O, Ermənistanın bir daha mülki əhalini hədəf aldığını diqqətə çatdırıb. Qeyd edib ki, bütün beynəlxalq hüquq Azərbaycan tərəfindədir və beynəlxalq ictimaiyyət Azərbaycana dəstək verməlidir: "Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət ya neytral qalır, ya da Ermənistana dəstək verir. Fransa açıq şəkildə Ermənistanı dəstəkləyir. Minsk qrupu Dağlıq Qarabağ probleminin həlli üçün heç bir şey etməyib. Ermənistan-Azərbaycan məsələsi gündəmə gələndə Minsk qrupu Ermənistandan ərazilərin boşaldılmasını tələb etmir. NATO üzvləri də Ermənistanın işğal etdiyi ərazilərdən çıxmasını tələb etməlidir. Beynəlxalq ictimaiyyət tərəfindən cavab almayan Ermənistan bundan cəsarətlənib Azərbaycana hücumlarını davam etdirir". Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!