Fransa Azərbaycan - Ermənistan sərhədindəki toqquşmaları pislədi

saytların hazırlanması

Evə çatdırılma

Fransa Azərbaycan - Ermənistan sərhədindəki toqquşmaları pislədi

Siyasət

16 İyul 2020 12:54 562


Fransa Azərbaycan - Ermənistan sərhədində baş verən silahlı toqquşmaları pisləyir, hər iki tərəfi atəşkəs rejiminə əməl etməyə və dialoqu bərpa etməyə çağırır.

Yenisabah.az bildirir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsinin bəyanatında qeyd olunub.

“Fransa bazar günündən etibarən Ermənistanla Azərbaycan arasındakı sərhəddə baş verən və bir neçə nəfərin ölümünə səbəb olan silahlı toqquşmaları pisləyir. O, hər iki tərəfi atəşkəs rejiminə riayət etməyə və eskalasiyanın qarşısını almaq üçün dialoqa başlamağa çağırır”, - deyə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Dördpendirli pizza

Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiya və amerikalı tərəfdaşları ilə birlikdə Dağlıq Qarabağda münaqişənin beynəlxalq hüquqa uyğun həllinə sadiqliyini təsdiq edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!