Fransa azərbaycanlı uşaqların Almaniyaya qaytarılmasına razılıq verdi

saytların hazırlanması

Evə çatdırılma

Fransa azərbaycanlı uşaqların Almaniyaya qaytarılmasına razılıq verdi

Dünya

18 Avqust 2025 22:46 397


Azərbaycan Respublikasının vətəndaşları Məhəmməd Quliyev və Gültac Abdullayevanın iki övladının qəyyumluğunun valideynlərdən aklnması ilə bağlı Almaniya məhkəməsinin qərarına uyğun olaraq, Fransa tərəfi ərazisində müvəqqəti saxladığı azyaşlı uşaqlar - Dəniz Məhəmməd oğlu Abdullayev və Araz Məhəmməd oğlu Abdullayevin Almaniya tərəfinə geri qaytarılmasına razılıq verib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfirliyindən bildirilib.

"Uşaqlar 18 avqust 2025-ci il tarixində Almaniyadan gələn nümayəndələrin müşayiəti ilə Fransa ərazisindən Almaniyaya geri qaytarılıblar. pizza sifarişi

Almaniyada dünyaya gələn iki azyaşlının valideynlərinə qaytarılması üçün növbəti mərhələdə Almaniya hüquq müstəvisində müvafiq tədbirlər görüləcək.

Mövcud durumda həm Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliyi, həm də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi vətəndaşlara hüquqi dəstək göstərəcək.

Yaranmış vəziyyətlə əlaqədar olaraq, Azərbaycan Respublikasının vətəndaşlarına bir daha müraciət edilir ki, xarici ölkələrdə bu kimi hallarla üzləşdikləri zaman dərhal Azərbaycanın həmin ölkədəki səfirliyinə məlumat versinlər. Səfirliyin öncədən məlumatlı olması vaxtında tədbirlərin görülməsinə və hadisələrin arzuolunmaz istiqamətdə inkişafının qarşısının alınmasına imkan yaradır", - məlumatda bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!